• info@btk.az
  • (+994 12) 430 89 89
  • Mon - Sat 8.00 - 18.00

Haqqımızda

Bakı şəhərində yerləşən Bioloji Təbabət klinikası (mərkəzi) və filialları Azərbaycanda, həmçinin, postsovet məkanında bioloji təbabətlə müalicə edən yeganə klinikadır. Bu gün bu klinika Almaniya, Kolumbiya, İsveçrə, digər inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən Bioloji Təbabət klinikalaları ilə rəqabət apara biləcək səviyyəyə yüksəlmişdir. 

Bioloji Təbabət klinikası bioloji təbabətin ən yeni və effektiv üsullarını özündə birləşdirir. Klinika 2009-cu il fevral ayından fəaliyyət göstərməsinə baxmayaraq kadr hazırlığına 2001-ci ildən başlanmışdır. Hazırda Bioloji Təbabət klinikasında müxtəlif ixtisaslı həkimlər çalışır. Almaniya və digər ölkələrdə ixtisaslaşmış Bioloji Təbabət klinikasının həkimləri mükəmməl akademik bilikləri ilə bioloji təbabətdə öyrəndikləri yenilikləri öz təcrübələrində birgə tətbiq etməklə daha böyük uğurlara imza atmışlar. Burada çalışan həkimlər daim bioloji təbabət istiqamətində öz bilik və təcrübələrini artırırlar. Belə ki, Bioloji Təbabət klinikasında  Almaniya, İsveçrə, Kolumbiya, Belçika, İtaliyadan dəvət olunmuş bioloji təbabət üzrə dünya şöhrətli mütəxəssislər tərəfindən müasir dövrün ağır xəstəliklərinin bioloji təbabətlə yeni müalicə üsullarına dair treninqlər, seminarlar və eyni zamanda xəstə qəbulu həyata keçirilir.

Klinika dünya standartlarına cavab verən ən yeni tibbi avadanlıqlarla təchiz olunmuşdur.  
Bu gün Azərbaycanın rayonlarında Bioloji Təbabət klinikasının filialları fəaliyyət göstərir. Belə ki, Göyçay şəhərində 2012-ci, Sumqayıtda 2013-cü, Masallıda 2018-ci ildən fəaliyyət göstərən filiallar regionlarda yaşayan əhaliyə bioloji təbabətlə müalicə almaq imkanları yaradır.  Beləliklə, Bioloji Təbabət klinikaları ölkə əhalisi və xarici vətəndaşlara neçə illərdir ki, keyfiyyətli tibbi xidmət göstərir.